Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal klubunun oyununa təyinatlar açıqlanıb

A- A A+

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda keçiriləcək “Araz-Naxçıvan” – “Uypeşt” (Macarıstan) oyununun hakim təyinatları açıqlanıb.

NUHÇIXAN  Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyunun hakimləri Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaq. Dominik Lorke (Polşa) vaxt hakimi, Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 27-də Qlivisedəki “Prezero Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: