“Sabah” 10 illik rekordu təkrarlayıb

A- A A+

“Sabah” Azərbaycan Premyer Liqasının tarixində rekord göstəricini təkrarlayıb.

Peşəkar Futbol Liqasından NUHÇIXAN-a bildirilib ki, paytaxt təmsilçisi 8 oyunda orta hesabla 0,125 top buraxıb.

1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb. Buna sonuncu dəfə 2016/2017-ci illər mövsümündə “Qəbələ” nail olub.

2001/2002-ci illər mövsümündə “Neftçi”nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra “Xəzər Lənkəran” təkrarlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: