Premyer Liqanın IX turunda bir sıra maraqlı göstəricilər qeydə alınıb - FOTOLAR
Azərbaycan Premyer Liqasının IX turu “Turan Tovuz” üçün əlamətdar olub.
Peşəkar Futbol Liqasından NUHÇIXAN-a bildirilib ki, “Neftçi” ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu olub. 74 dəfə evdə, 76 dəfə səfərdə meydana çıxan komanda 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. 186 qol vuran Tovuz təmsilçisi 174 top buraxıb. Turnirin tarixinə 150 və daha çox oyun keçirən 26-cı komanda kimi düşən qərblilərin ilk matçı 2022-ci il avqustun 8-də evdə “Qəbələ”yə qarşı olub – 0:2.
Bundan başqa, “Şamaxı” ilə qarşılaşan “İmişli” yubiley qələbəsini qazanıb. Premyer Liqada 2-ci mövsümünü keçirən komanda 10-cu dəfə qalib gəlib – 2:1. İmişlinin eyniadlı təmsilçisi 42-ci matçda 10-cu qələbəni bayram edib. Bunlardan 2-si ev, 8-i səfər oyununda əldə olunub. “İmişli” turnirin tarixinə azı 10 qələbə qazanan 52-ci komanda kimi düşüb. Komandanın ilk uğuru 2025-ci il avqustun 31-də “Sabah”la səfər matçında əldə olunub – 1:0.
IX tur “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün də əlamətdar olub. Qəsəbə klubu onun rəhbərliyi dövründə 250-ci oyuna çıxıb. “Qartallar” “Sumqayıt”la ev matçında 3:2 hesabı ilə qalib gəlib. 2020-ci ilin iyulundan “Zirə”ni çalışdıran Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i ölkə kuboku, 16-sı avrokubok matçı olub.
Qeyd edək ki, baş məşqçinin debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.