Azərbaycanın 11 cüdoçusu “Böyük Dəbilqə” turnirində çıxış edəcək

A- A A+

Azərbaycanın 11 cüdoçusu Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində çıxış edəcək.

Cüdo Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan yarışda 9 çəki dərəcəsində təmsil olunacaq.

Qadınlar arasında Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Madina Kaisinova (+78 kiloqram), kişilərin mübarizəsində isə Balabəy Ağayev (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kiloqram) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən “Böyük Dəbilqə” turniri oktyabrın 29-dan 31-dək təşkil olunacaq. Yarışda 60 ölkədən 400-dək cüdoçu qüvvəsini sınayacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: