“Araz-Naxçıvan” futzal klubu Çempionlar Liqasında mübarizəyə başlayır

A- A A+

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

NUHÇIXAN  xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin ilk matçında Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq.

Polşadakı “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, V qrupda yer alan "Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Pyast" komandaları ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: