Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək

A- A A+

Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının final oyunu keçiriləcək. Həlledici qarşılaşmada EKOL və “Advokat” komandaları üz-üzə gələcəklər.

NUHÇIXAN xəbər verir ki, İkinci Liqada çıxış edən “Advokat” ilk dəfə bu mərhələyə vəsiqə qazanıb. EKOL isə 3 dəfə titulun sahibi olub. “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq oyun saat 14:30-da başlayacaq.

Qarşılaşmadan əvvəl Müasir İnnovasiyalar Liseyinin şagirdləri tərəfindən Azərbaycan kubokunun finalı üçün hazırlanmış fləşmob nümayiş olunacaq.

Matç başa çatdıqdan sonra isə komandalara mükafatlar təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: