"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
NUHÇIXAN xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə üz-üzə gəlib.
"Azersun Arena"da təşkil olunan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 4-də Zaqrebdə olacaq. Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.
