Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

A- A A+

"LANDAU Lions" basketbol klubunun kapitanı Ceyms Freyzerin ötən gün "Dənizli Basket"lə oyundakı performansı ilə FIBA Avropa Kubokunun tarixinə düşüb.

NUHÇIXAN  xəbər verir ki, Freyzer 41 xalla turnirin bir oyununda ən çox xal toplayan basketbolçularından olub. O, bu göstərici ilə Tre Qolden (Bahçaşehir Kolleci) və Devid DeCuliusla (UCAM MURSİYA) 2-ci pilləni bölüşür. İlk pillədə isə 43 xal toplayan Trazarien Vayt (Zastal Zielona Qoria) qərarlaşıb.

Qeyd edək ki, Ceyms Freyzer "Denizli Basket"lə matçda 41 xaldan 24-nü üçxallıq atışlardan əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: