Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb - FOTOLAR
Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunda uğura imza atıb.
Kamandan Oxatma Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, Lalə Əbdürrəhmanova, Fatimə Hüseynli və Yaylagül Ramazanovadan ibarət qadın komandası finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Qarışıq komanda isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, turnirdə 19 ölkənin iştirak edir.