Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

A- A A+

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, günün ilk matçında I Liqa təmsilçiləri “Xankəndi” və “Gəncəbasar” komandaları üz-üzə gəliblər. Gəncə klubu əlavə vaxtda rəqibini 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.

Digər görüşdə isə I Liqada mübarizə aparan “Karvan-Yevlax” II Liqa təmsilçisi “Zəngəzur”u 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bununla da 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub.

1/8 final

“Gəncəbasar” - “Şamaxı”

“Karvan Yevlax” - “Zirə”

"Araz-Naxçıvan" - "Marafon"

"İmişli" - "Sumqayıt"

"Qəbələ" - "Şahdağ Qusar"

"Qəbələ" - "Mingəçevir"

"Şəfa" - "Neftçi"

"Səbail" – "Kəpəz"

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 təsnifat mərhələsinin görüşləri dekabrın 1-2-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: