Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

A- A A+

Almaniyanın “Bavariya”sının baş məşqçisi Vensan Kompani noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək komandaya qayıtmayacaq.

NUHÇIXAN “Bild” nəşrinə istinadən xəbər verir ki, səhhətində problem yaranan 40 yaşlı mütəxəssis istirahətini davam etdirəcək və dərman qəbul edəcək. O, oktyabrın 31-də Dortmund “Borussiya”sı, noyabrın 3-də Madrid “Atletiko”su və noyabrın 7-də “Maynts”la keçiriləcək görüşlərdə komandasına rəhbərlik edə bilməyəcək.

Qeyd edək ki, Vensan Kompani “Bavariya”nın məşqi zamanı huşunu itirib. Hadisədən sonra Münxen klubunun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl bunun beyin qişalarının qıcıqlanması ilə əlaqədar baş verdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: