Çempionlar Liqası: "Araz-Naxçıvan" futzal klubu Polşa təmsilçisinə qarşı

A- A A+

"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas seçmə mərhələsində son oyununa çıxacaq.

NUHÇIXAN xəbər verir ki, V qrupda yer alan Naxçıvan təmsilçisi Polşanın "Pyast" klubu ilə üz-üzə gələcək.

Qlivitse şəhərində yerləşən "Prezero Arena"da təşkil olunacaq matç saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gəlib, Bosniya və Herseqovinanın "Buba Mara" klubuna isə məğlub olub - 3:5. “Araz-Naxçıvan” növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: