Azərbaycan kubokunun 2026/27-ci illər mövsümü ilklə əlamətdar olub.
Peşəkar Futbol Liqasından NUHÇIXAN-a bildirilib ki, “Marafon” ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib. Sabirabad klubu buna nail olan ilk II liqa təmsilçisi olub. Turnirin debütantı öncə “Dinamo”nu 3:0, ardınca I Liqa klubu “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib.
2023/2024-cü illər mövsümündən indiki formatda keçirilən turnirdə II Liqa komandalarının iştirak etdiyi I təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə II təsnifat mərhələsində II Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri qazanıb.
Qeyd edək ki, “Marafon” dekabrın 1 və ya 2-də keçiriləcək 1/8 final oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq.
