“Heydər Əliyev kuboku”nun sahibi məlum olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir başa çatıb. Mayın 20-də start götürən və dairəvi sistem üzrə keçirilən turnirdə “Araz-Naxçıvan”, “MOİK”, “Şüvəlan” və “Arpaçay” komandaları mübarizə aparıb.

Turun son görüşü Naxçıvan Muxtar Respublika Stadionunda “Şüvəlan” və “MOİK” arasında keçirilib. Yarışdan əvvəl Gənc Vətənpərvərlər İctimai Birliyinin könüllü gənclərinin iştirakı ilə flaşmob və idmançıların nümunəvi çıxışları olub, daha sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, eləcə də sevilən müğənni  Əli Pormehrin  ifasında konsert proqramı baş tutub. Sonra oyuna start verilib.

Gərgin idman mübarizəsi ilə keçən oyun “Şüvəlan” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb və komanda futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin qalibi olub. “MOİK” komandası turnirdə ikinci yerə, “Araz-Naxçıvan” isə üçüncü yerə çıxıb.

Mükafatlandırma mərasimində oyunları idarə edən hakimlərə mükafatlar verilib. Turnirin təşkilində xidmətlərinə görə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə xatirə hədiyyəsi təqdim olunub. Oyunların nəticələrinə görə “Ən yaxşı gənc futbolçu”, “Ən məhsuldar futbolçu”, “Ən yaxşı qapıçı” və “Ən yaxşı futbolçu” nominasiyalarında mükafatlar verilib. Sonra ikinci və üçüncü yerin qalibi olan komandalara medallar, “Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin qalibi olan “Şüvəlan” komandasına qızıl medallar və kubok təqdim edib. Bununla da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: