Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

NUHÇIXAN  xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq. “Sumqayıt” komandası “Şəfa” ilə üz-üzə gələcək. “SOCAR Polymer Arena”da təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Matçın baş hakimi Nicat İsmayıllı olacaq. Hazırda “Sumqayıt” 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Şəfa” isə 3 xalla 11-ci yerdədir.

Qeyd edək ki, X turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (3:2), “Kəpəz” isə “İmişli”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: