Gənclər atıcılığın tir növündə yarışıblar - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində atıcılığın tir növü üzrə ali və orta ixtisas təhsili müəssisələrinin və Heydər Əliyev adına Hərbi Liseyin komandaları arasında  muxtar respublika birinciliyi olub.

6 komandanın təmsil olunduğu birincilikdə ümumilikdə 30 idmançı iştirak edib. Gərgin keçən idman mübarizəsinin yekun nəticələrə əsasən Heydər Əliyev adına Hərbi Liseyin komandası  I, Naxçıvan Tibb Kollecinin komandası II, Naxçıvan Dövlət Universitetinin komandası III yerə layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən plaket və diplomlar təqdim olunub.

Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: