Hakimə hücum edən futbolçu bir il müddətinə diskvalifikasiya olunub

A- A A+

İspaniyanın “Portonovo 1979” klubunun futbolçusu Xorxe Komesanya hakimə hücum etdiyi üçün bir il müddətinə diskvalifikasiya olunub.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “Diario de Pontevedra” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 31-də “Bamio” ilə keçirilən veteranlar matçında baş verib. Görüşün 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan futbolçu 18 yaşlı hakim Alexandro Ninyo Falkonun üzündən tutaraq onu silkələyib, daha sonra isə yerə yıxıb.

Hər iki komandanın futbolçuları hakimə ayağa qalxmağa kömək ediblər. Hadisədən sonra qarşılaşma dayandırılıb. Hakim tibbi yardım alsa da, ciddi xəsarət qeydə alınmayıb.

Qeyd edək ki, gənc hakim ötən mövsüm də futbolçulardan birinin hücumuna məruz qalıb. Həmin qarşılaşmada oyunçu onun ayağını tapdalayıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: