Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

A- A A+

Dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

NUHÇIXAN xəbər verir ki, XII qrupda mübarizə aparan yığmamız Latviya millisi ilə qarşılaşıb. Görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XII qrupda Çexiya 3 oyundan sonra 5 xalla birinci, Latviya 2 matçdan 4 xalla ikinci, Azərbaycan isə 3 oyundan 1 xalla üçüncü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: