AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb.
Milli assosiasiyadan NUHÇIXAN-a verilən məlumata görə, o, UEFA Qadınlar Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Lüven” (Belçika) – “Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 11-də Belçikanın Lüven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
