Azərbaycanın beynəlxalq dərəcəli hakimi Kəmalə Əsgərova kişi voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.
Voleybol Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, o, Xorvatiyanın “Ribola” və Avstriyanın “Holdinq” komandaları arasında keçiriləcək qarşılaşmada birinci hakim olacaq. Kəmalə Əsgərovaya bolqarıstanlı Boyan Zelev kömək edəcək.
Qarşılaşma bu gün Xorvatiyada təşkil olunacaq.
