Azərbaycan güləşçiləri Qazaxıstanda 8 medal qazanıblar

A- A A+

Qazaxıstanın Kökşetau şəhərində Əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, memorialda U-17 millinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 güləşçimiz fəxri kürsüyə qalxıb.

Belə ki, Yusif Abdullayev (45 kiloqram), Süleyman Şirinov (51 kiloqram), İbrahim Həsənov (55 kiloqram) və Elcan Həsənov (65 kiloqram) qızıl, Hüseyn Rzazadə (55 kiloqram), Elvin Nəcəfzadə (92 kiloqram) gümüş, Tunar Hüseynov (48 kiloqram) və Nicat Mustafayev (110 kiloqram) isə bürünc medal qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: