Azərbaycan təmsilçisi Xalid Məmməd Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
NUHÇIXAN xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İlia İsmetyevlə qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ötən gün 60 kiloqramda Cosqun Əliyev qızıl mükafata sahib çıxmışdı.
