"Atatürk" Olimpiya Stadionu yenidən inşa olunacaq - FOTOLAR

A- A A+

Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya Stadionu yenidən inşa olunacaq.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyənin 2024-cü il Avropa çempionatı üçün sifariş kitabında bildirilir. Qeyd olunur ki, arenanın üstü bağlanılacaq və azarkeş tutumu 92.208 nəfərədək yüksəldiləcək.

2020-ci ildə Çempionlar Liqasının final oyununun keçiriləcəyi stadionun hazırkı vəziyyətində qapı arxası küləyə məruz qalır. Yeni layihə ilə bu problem minumuma endiriləcək və küləyin oyuna təsiri azaldılacaq.

Stadionda, həmçinin 191 loja planlaşdırılır. Olimpiya Stadionunda konsertlər, iclaslar, konfranslar və digər tədbirlər keçirmək mümkün olacaq.

Yeni arenanın açılışı isə 2023-cü ilə nəzərdə tutulub. Çempionlar Liqasının final oyununa görə tikintinin əvvəlcədən başlanıb-başlanmayacağı bəlli deyil.

Qeyd edək ki, "Atatürk" Olimpiya Stadionu 2002-ci ildə istifadəyə verilib. Arena hazırda 76.761 azarkeş tutumuna malikdir. 2005-ci ildə Çempionlar Liqasının finalı məhz bu arenada keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: