Naxçıvan idmançısı dünya çempionatında uğur qazanıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Rumıniyanın Buxarest şəhərində Dünya Şotakan Federasiyasının 10-cu Dünya çempionatı keçirilib. Çempionatda iştirak edən Azərbaycan komandasının tərkibində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi də mübarizə aparıb. 6-7 yaş qrupunda (+30 kiloqram) yarışan Rafiq Hüseyinli böyük uğura imza atıb. O, şobu-nihon və şobu-sanbon qaydaları üzrə I yerə layiq görülüb. İdmançımıza təşkilatçılar tərəfindən medal təqdim edilib.