“Naxçıvan” Voleybol Klubu Super Liqada ardıcıl ikinci qələbəsini qazanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, qadın voleybolçular arasında keçirilən ölkə çempionatının Super Liqasının II turunda “Naxçıvan” Voleybol Klubu növbəti qələbəsini qazanıb.

Komanda səfərdə “Gəncə” Voleybol Klubu ilə qarşılaşıb. “Gəncə” İdman Sarayında keçirilən gərgin mübarizə şəraitində keçən görüşdə Naxçıvan təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edib.

Oyunun taleyi tay-brekdə həll olunub. Setlər üzrə hesab belə olub: 29:27, 17:25, 9:25, 25:18, 8:15.

Beləliklə, “Naxçıvan” Voleybol Klubu Super Liqada ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: