"İnter" Karlos Auqusto ilə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib

A- A A+

İtaliyanın "İnter" klubu müdafiəçisi Karlos Auqusto ilə sözləşmənin müddətini uzatmaq üçün razılıq əldə edib.

NUHÇIXAN insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu ilə yeni müqavilənin müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulub.

2024-cü ilin iyulundan "İnter"də çıxış edən futbolçunun sözləşməsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, K.Auqusto 2026/2027 mövsümündə meydana çıxdığı 12 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 23 milyon avro qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: