Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

A- A A+

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində mövqeyini yaxşılaşdırıb.

NUHÇIXAN ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1145,18 xalla üç pillə irəliləyərək 124-cü sıraya yüksəlib.

Millimizin reytinqdə irəliləməsinə UEFA Millətlər Liqasında Lixtenşteynə (1:0), eləcə də beynəlxalq yoldaşlıq görüşündə Andorraya (3:1) hesablı qələbələri səbəb olub.

Reytinq cədvəlinə 2004,48 xalla İspaniya millisi başçılıq edir. Argentina 1966,13 xalla ikinci, Fransa isə 1950,82 xalla üçüncü yerdə qərarlaşıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: