NUHÇIXAN xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə və 28 May Respublika Gününə həsr edilən şahmat üzrə birincilik Culfa rayon Bənəniyar kəndində reallaşıb.
Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Rayon Bölməsinin və YAP-Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 22 şahmatçı iştirak edib.
Yekun nəticəyə əsasən Çingiz İbrahimov I, Hüseyn Zeynalov II və Əsgər Abbasov isə III yerə layiq görülüblər. Qalib və fərqlənən şahmatçılara təşkilatçılar tərəfindən kubok, diplom və mükafatlar təqdim edilib.
Əli İbrahimbəyli