Azərbaycan parataekvondoçusu dünya çempionu olub

A- A A+

Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatı start götürüb.

NUHÇIXAN  xəbər verir ki, K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Temirbek Kaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.

20 yaşlı paralimpiyaçı finalda son Paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: