Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

A- A A+

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Azərbaycan Basketbol Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Bu mötəbər yarışa ilk dəfə ev sahibliyi etmək Azərbaycan basketbolunun inkişafı və ölkəmizdə beynəlxalq basketbol yarışlarının təşkili baxımından mühüm hadisədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: