Voleybol üzrə Naxçıvan Muxtar Respublika turnirinə start verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda voleybol üzrə Naxçıvan Muxtar Respublika turnirinə  start verilib.

Naxçıvan Muxtar Respublikası İdman Nazirliyinin və Naxçıvan Muxtar RespublikasıVoleybol  Federasiyasının birgə təşkil etdiyi yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir.

Turnirə Naxçıvan, Culfa, Şərur, Sədərək və  Azərbaycanın gənclərdən ibarət yığma komandası qatılıb. 2 gün davam edəcək turnir olimpiya sistemi ilə keçirilir və yarışda ümumilikdə 60-a  yaxın gənc iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: