Muxtar respublika turnirinin qalibləri müəyyənləşib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında  “Heydər Əliyev Kuboku” uğrunda süni divara dırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib. Turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.

60-a yaxın idmançının iştirak etdiyi birincilik gərgin idman mübarizəsi şəraitində keçib. Oğlanlar arasında Onur Məmmədov turnirin ən yaxşısı olub. Digər iki pillədə Abbas Seyidov və Behbud Məhərrəmov qərarlaşıblar.

Qızların mübarizəsində isə Nazlıcan Çakır bütün rəqiblərini qabaqlayıb. Fatimə Abbaslı ikinci, Nuray Paşayeva isə üçüncü olublar. Komandalar arasında gedən mübarizədə isə, Naxçıvan Dövlət Texniki Kolleci I, Naxçıvan Tibb Kolleci II, Naxçıvan Müəllimlər İnstitutu isə III yerin sahibi olub. Fərdi mükafatlandırma üzrə qaliblərə diplom və qiymətli hədiyyələr, komandalara isə kubok təqdim edilib.

Yarışın gedişini Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev də izləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: