UEFA Avropa Liqasının finalı: Bakı Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” komandaları qarşılaşırlar

A- A A+

Mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasına start verilib.

NUHÇIXAN xəbər verir ki, final görüşündə Londonun “Çelsi” və “Arsenal” komandaları qarşılaşırlar.

Nominal ev sahibinin “Çelsi”nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

“Arsenal” klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edir. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.

Xatırladaq ki, “Arsenal” bu oyunda qalib gələcəyi təqdirdə tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokuna sahib olacaq. “Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: