UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib

A- A A+

Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.

NUHÇIXAN xəbər verir ki, Okan Burukun yetirmələri V tur çərçivəsində İngiltərənin “Aston Villa” klubunu qəbul edib.

Qarşılaşma “RAMS Park” stadionunda keçirilib. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. "Sarı-qırmızılılar" rəqibini minimal hesabla məğlub edib - 1:0.

Qeyd edək ki, İstanbul təmsilçisi keçirdiyi 5 oyundan sonra 9 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Aston Villa” isə 9 xalla 6-cı yerdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: