Laporta: Bakıda olmaqdan məmnunuq, "Barselona" ruhunu dünyanın hər yerində hiss edirik

A- A A+

"Barselona" ruhunu dünyanın hər yerində hiss etmək mümkündür. Bu, bizə güc verir.

NUHÇIXAN  “Marca” nəşrinə istinadən xəbər verir ki, bu sözləri İspaniya təmsilçisi “Barselona”nın prezidenti Joan Laporta UEFA Çempionlar Liqasının V turu çərçivəsində Bakıda “Sabah”la oyunöncəsi klubun direktorları ilə görüşü zamanı deyib.

Funskioner Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Bakıda “Barselona” azarkeşləri ilə görüşdüm. Dünyanın dörd bir yanındakı fanatlarımızla fəxr edirik. Bu, bizə "Barselona"nı daha da gücləndirmək və tanıtmaq istiqamətində çalışmağa davam etməyə kömək edir. Bu onu göstərir ki, "Barselona" təkcə futbol dünyasında deyil, ümumilikdə bütün dünyada mühüm yer tutur".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: