"Neftçi" heyətinə legioner basketbolçu cəlb edib

A- A A+

"Neftçi" komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan NUHÇIXAN-a verilən məlumata görə, Bakı təmsilçisi ABŞ-dən olan oyunçu Treyon Ceykobla mövsümün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı təcrübəli legioner müdafiəçi mövqeyində çıxış edir.

Florida Beynəlxalq Universitetinin (FIU) məzunu olan Treyon Ceykob Avropa karyerası ərzində Böyük Britaniya, Finlandiya, Avstriya və Danimarka klublarının formasını geyinib. Onun son komandası isə Danimarka təmsilçisi "Horsens" olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: