“Barselona”nın 18 yaşlı futbolçusu əsas komandada debütünü Bakıda reallaşdırıb

A- A A+

İspaniyanın “Barselona” klubunun gənc futbolçusu Aleks Kampos UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Sabah”la Bakıda keçirilən oyunda əsas komandada debüt edib.

NUHÇIXAN  xəbər verir ki, baş məşqçi Hans-Diter Flikin rəhbərlik etdiyi kollektivin 4:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada müdafiəçi 65-ci dəqiqədə Frenki de Yonqu əvəzləyərək meydana daxil olub.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Aleks Kampos 2008-ci il fevralın 2-də İspaniyanın Lleida əyalətinin Aitona şəhərində anadan olub. O, 2021-ci ilin yayında “Atletik Seqre” klubundan “Barselona”ya keçib və U-14 komandasında çıxış etməyə başlayıb.

Futbolçu 2025/2026-cı illər mövsümündə hələ U-19 komandasında çıxış etdiyi vaxt “Barselona Atletik”in heyətində debüt edib. O, sentyabrın 28-də UE “Sant Andreu” ilə səfər oyununda meydana çıxıb. Həmin mövsüm ikinci komandada 14 matç keçirən müdafiəçi bir qol vurub.

Cari mövsümdə “Barselona Atletik”in əsas üzvlərindən birinə çevrilən Kampos komandanın kapitanlarından biridir. O, indiyədək səkkiz oyunda iştirak edib və bir dəfə fərqlənib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: