Voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev Kuboku” uğrunda voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində iki gün davam edən turnirin final görüşündə “Naxçıvan” komandası Azərbaycanın gənclərdən ibarət milli komandası ilə qarşılaşıb. Görüş 0:3 hesabı ilə yığma komandanın qələbəsi ilə başa çatıb. Sonda hər iki komanda diplom, medal və kubokla mükafatlandırılıb. Mükafatları Gənclər və İdman naziri Azad Cabbarov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədov təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: