Azərbaycan Premyer Liqasında XIII turun oyunlarına start verilir

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura 2 oyunla start veriləcək.

NUHÇIXAN  xəbər verir ki, turun ilk oyununda “Şəfa” komandası “İmişli”nin qonağı olacaq. Yevlax şəhər stadionunda oynanılacaq görüş saat 14:30-da başlayacaq.

Hazırda “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci, “Şəfa” isə 5 xalla 11-ci pilləsində qərarlaşıb.

Günün digər matçında “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Neftçi” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Zirə” isə 20 xalla 5-ci sırada yer alıb.

Azərbaycan Premyer Liqası

XIII tur

27 noyabr

14:30. "İmişli" – "Şəfa"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu

19:00. "Neftçi" – "Zirə"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov

VAR: Kamal Umudlu

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

"Palms Sports Arena"

Qeyd edək ki, XIII tura noyabrın 29-da yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: