Azərbaycan təmsilçisi Moskvada beynəlxalq atçılıq turnirinin qalibi olub - FOTOLAR

A- A A+

Azərbaycan təmsilçisi Aydın Əlibəyov Moskvada keçirilən beynəlxalq atçılıq turnirində uğurla çıxış edərək qalib adını qazanıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından NUHÇIXAN-a verilən məlumatına görə, o, “Vivat Rossiya” atçılıq mərkəzində dressaj növü üzrə təşkil olunan yarışlarda dörd cavan atla mübarizə aparıb və hər dəfə fəxri kürsüyə qalxıb.

Yarışların ilk günündə Aydın Əlibəyov 4 yaşlı atların mübarizəsində “Virakoça S” ləqəbli atla 92 faiz nəticə göstərərək birinci, “Belle Fleur” atı ilə isə 84,4 faiz nəticə ilə üçüncü yeri tutub.

İdmançı ilk gün 5 yaşlı atların yarışında da ilk iki yeri qazanıb. Belə ki, “Roxuş” atı 83,6 faiz nəticə ilə qalib gəlib, “Dancing Rose” isə 82,2 faiz göstərici ilə ikinci olub.

Yarışların ikinci günündə də Aydın Əlibəyovun və atlarının çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilib. Dörd yaşlı atların mübarizəsində “Virakoça S” 91 faiz nəticə ilə birinci, “Belle Fleur” isə 83,6 faiz göstərici ilə üçüncü yeri tutub.

Beş yaşlı atların yarışında “Dancing Rose” 83,4 faiz nəticə ilə gümüş, “Roxuş” isə 81,6 faiz göstərici ilə bürünc medala layiq görülüb.

Beləliklə, iki günün nəticələrinə əsasən, cavan atların yarışında turnirin həm fərdi yarışlarında, həm də mütləq mübarizəsində qalib adını Aydın Əlibəyov qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: