İngiltərənin “Nyukasl” komandasının futbolçusu Sven Botman sükan arxasında mobil telefondan istifadə etdiyinə görə cəzalandırılıb.
NUHÇIXAN xəbər verir ki, hadisə sentyabrın 17-də İngiltərənin Nyukasl şəhərində baş verib.
26 yaşlı müdafiəçi “Land Rover” markalı avtomobili idarə edərkən telefondan istifadə edib.
Niderlandlı oyunçu Nyukasl Magistratlar Məhkəməsində keçirilən iclasda təqsirini etiraf edib. Məhkəmə futbolçunun əvvəlki cərimə ballarını da nəzərə alaraq onun sürücülük hüququnu 6 ay müddətinə məhdudlaşdırıb.
Bundan başqa, o, 900 funt sterlinq məbləğində cərimə ödəməli olacaq. O, həmçinin 400 funt sterlinq məhkəmə xərcini qarşılayacaq və zərərçəkənlərə yardım fonduna 360 funt sterlinq ödəniş edəcək.
