“Mançester Yunayted” kapitanı ilə müqaviləni yeniləyir

A- A A+

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Brunu Fernandeşin müqaviləsindəki əlavə birillik uzatma bəndini aktivləşdirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Bu qərardan sonra portuqaliyalı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər uzadılacaq. Klubun bu addımı futbolçunun 2027-ci ilin yayında azad agent kimi komandadan ayrılmasının qarşısını almağa imkan verir.

Bununla belə, Fernandeşin cari mövsümün sonunda Mançester təmsilçisini tərk etmək ehtimalı qalır. Klub rəhbərliyi isə futbolçunun əməkdaşlığı davam etdirmək üçün yeni müqavilənin imzalanmasına razılıq verəcəyinə ümid edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: