Mahir Emreli "Rakuv"un heyətində yeddinci qolunu vurub

A- A A+

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

NUHÇIXAN-ın məlumatına görə, 29 yaşlı hücumçu Polşa çempionatının XVI turunda "Pias"a qarşı keçirilən ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Mahir Emreli 59-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.

Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı yeddinci qolu olub.

Qarşılaşma hazırda davam edir.

Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: