“Qarabağ” klubu Avstriyada 4 yoxlama oyununda qüvvəsini sınayacaq

A- A A+

Ağdamın “Qarabağ” futbol klubunun yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri məlum olub.

NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, iyunun 7-də Bakıda toplaşacaq komanda ayın 18-də Avstriyaya yola düşəcək. Baş məşqçi Qurban Qurbanovun yetirmələri Avstriyada 4 yoxlama oyunu keçirəcəklər.

Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, üç gün sonra Rumıniyanın “Kraiova”, ayın 28-də Rusiyanın “Ufa” və iyulun 2-də isə Çexiyanın “Viktoriya” klubları ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: