Bu gün gənclər arasında ağır atletika üzrə dünya çempionatı start götürür

A- A A+

Bu gün Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı start götürür.

NUHÇIXAN xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Dünya çempionatında ölkəmizi iki atlet - Səbinə Əzimova (55 kq) və Əliş Nəzərov (102 kq) təmsil edəcək.

S.Əzimova iyunun 3-də, Ə.Nəzərov isə üç gün sonra körpücük üzərinə çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: