FIDE iyun ayı üçün reytinq siyahısını açıqlayıb

A- A A+

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2774) 3 pillə geriləyərək 8-ci mövqedə qərarlaşıb. Teymur Rəcəbov (2759) isə əvvəlki kimi 12-ci pillədədir. Digər şahmatçımız Arkadi Naydiçin də mövqeyi dəyişməyib. O, 2681 xalla 58-cidir. 2654 xala malik olan Qədir Hüseynov isə 97-ci yerdədir.

Maqnus Karlsen (2875) yenə də reytinq siyahısına başçılıq edir. İkinci yerdə amerikalı Fabiano Karuana (2819), üçüncü pillədə isə çinli Din Lijen (2805) qərarlaşıblar.

Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə (2427) 40-cı pillədədir. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2659), Vencun Cu (2592) və ukraynalı Mariya Muziçuk (2563) yer alıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: