UEFA Çempionlar Liqası: Virjil van Deyk final görüşünün ən yaxşı oyunçusu seçilib

A- A A+

İyunun 1-də UEFA Çempionlar Liqasının “Liverpul” və “Tottenhem” klubları arasında baş tutan final görüşünün ən yaxşı oyunçusunun adı açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, bu, “Liverpul” klubunun müdafiəçisi Virjil van Deyk olub.

İspaniyanın paytaxtı Madriddə "Vanda Metropolitano" stadionunda keçirilən görüşdə hollandiyalı müdafiəçi komandasını 3 dəfə qoldan xilas edib. Virjil, həmçinin oyun ərzində rəqibin hücumçularından 16 dəfə top almağa nail olub.

Xatırladaq ki, görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: