Lixtenşteyn-Azərbaycan oyununun hakimləri müəyyənləşib

A- A A+

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycanın millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, iyunun 6-da keçiriləcək oyunun baş hakimi Şimali İrlandiya təmsilçisi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.

Qeyd edək ki, Lixtenşteyn-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da “Sportpark Eşen-Mauren” stadionunda start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: