İdmançımızdan daha bir uğur

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN -a verilən xəbərə görə Xırdalan şəhərində yerləşən Zirvə İdman Kulubunda ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Pouerliftinq Bench-Press” idman növü üzrə beynəlxalq turnir keçirilib.  Azərbaycan, Türkiyə, İran və  Gürcüstan komandalarının iştirak etdiyi turnirdə Azərbaycan yığma komandasının üzvü olan Naxçıvan Muxtar Respublikasının idmançısı Dünya, Avropa və Respublika çempionu Əsgərov Əli Cəlil oğlunun iştirakı təmin edilib.  82.5 kq çəki dərəcəsində mübarizə aparan idmançımız  I yerin qalibi olub. İdmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb. 


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: