Kanada Qran-Prisində Azərbaycanı 7 cüdoçu təmsil edəcək

A- A A+

İyulun 5-7-də Kanadanın Monreal şəhərində keçiriləcək cüdo üzrə Qran-Pri yarışları üçün Azərbaycan komandasının heyəti açıqlanıb.

NUHÇIXAN Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, kişilərin yarışında Kəramət Hüseynov (60 kq) və Nicat Şəxəlizadə (66 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qadınların mübarizəsində ölkəmizi Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian və İçinkorloo Munxtsedev (hər ikisi 57 kq) təmsil edəcəklər.

Qran-Pri turnirində indiyədək 53 ölkədən 350-yə yaxın idmançı iştirakını təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: